Azərbaycan güləşçisi dünya çempionu adını qazanaraq milli rekorda nail olub
Bakı, 22 oktyabr, OlimpSport.az
Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.
OlimpSport.az xəbər verir ki, Azərbaycanın daha 2 güləşçisi fəxri kürsüyə qalxıb.
Elmir Əliyev (55 kiloqram) finalda rusiyalı Alibek Amirovla qarşılaşıb. Güləşçimiz U-23 Avropa çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2. Beləliklə, Elmir karyerasında ilk dəfə dünya çempionu olub.
Növbəti qələbə isə Ruslan Nurullayevdən (72 kiloqram) gəlib. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabı ilə üstələyən güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.
Yunan-Roma güləşi üzrə yarışın bitməsinə bir gün qalmış komandamız medalların əyarına görə yeni rekorda imza atıb. Belə ki, millimiz ilk dəfə U-23 dünya çempionatında 2 qızıl medal qazanıb. Xatırladaq ki, ötən gün Ziya Babaşov (63 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
