Tanınmış və titullu güləşçilərimiz master-klass dərsi təşkil ediblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi III Zəfər İdman Festivalı çərçivəsində ustad dərsi baş tutub.
AzMİU İdman klubunda sərbəst güləş üzrə 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev və yunan-Roma güləşi üzrə 4 qat dünya, 2 qat Avropa çempionu Eldəniz Əzizli yeniyetmə və gənc güləşçilər üçün master-klass keçib.
Nəzəri hissədə H.Əliyev güləşdə qazandığı uğurlardan və bu uğurlara gedən yoldan danışmaqla yanaşı, yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıb. Praktiki hissədə isə E.Əzizli müxtəlif fəndlərin icrasını nümayiş etdirib. Xalça üzərində tarix yazan güləşçilərimiz bildiriblər ki, uğurlu idmançı olmaq üçün yalnız zalda məşq etmək kifayət etmir, bunda təhsil və mənəvi inkişaf da mühüm rol oynayır.
Tədbirin sonunda isə tanınmış idmançılarımız tələbələrin müxtəlif suallarını cavablandırıb.

Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları