BDU voleybolçuları "AzMİU III Zəfər İdman Festivalı" nın qalibi olub

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil müəssisələri arasında keçirilən “AzMİU III Zəfər İdman Festivalı” nın 3-cü günündə voleybol üzrə qadınlardan ibarət komandaların mübarizəsi başa çatıb.7 komandanın iştirak etdiyi yarışda Bakı Dövlət Universitetinin komandası ardıcıl olaraq “AzMİU III Zəfər İdman Festivalı” nın qalibi olub.BDU komandası finalda Azərbaycan Dillər Universitetindən üstün olub. UNEC komandası isə ənənəvi yarışın bürünc sahibi olub. Yarışın “Ən yaxşı oyunçu” nominasiyasının qalibi BDU tələbəsi Məleykə İsgəndərli seçilib.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları Festivalı mükafatsız başa vurub.

Qeyd edək ki, oyunlar Azərbaycan Voleybol Federasiyasının Respublika dərəcəli hakimi Bəxtiyar Hüseynovun rəhbərlik etdiyi gənc hakimlər tərəfindən idarə olunub. Obyektiv hakimlik etdiyinə görə hakimlərə təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.

Sonda yer tutmuş komandalara Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən mükafatlar təqdim olunub.