Aktauda keçirilən beynəlxalq turnirdə Azərbaycan komandası birinci yeri tutub
Boccia idman növü üzrə Azərbaycan paralimpiyaçıları 25-31 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxışını başa vurub.
OlimpSport.az xəbər verir ki, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanıb, Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.
Qoşa yarışlarda da qüvvəsini sınayan bocciaçılarımızdan Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qızıl medal qazanaraq himnimizi səsləndiriblər.
Beləliklə, paralimpiyaçılarımız turniri komanda hesabında birinci pillədə başa vurub.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
