Məhəmməd Salaha Səudiyyə Ərəbistanından rekord təklif edilib
“Liverpul”un misirli ulduzu Məhəmməd Salah yenidən Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir.
OlimpSport.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçuya ildə təxminən 150 milyon funt sterlinq (təqribən 170 milyon avro) dəyərində rekord məbləğli təklif irəli sürülüb.
Bildirilir ki, müqavilə şərtlərinə klubun səhmlərindən pay əldə etmək imkanı və Səudiyyə Ərəbistanının turizm səfiri statusu da daxildir.
Əgər Salah bu təklifi qəbul edərsə, onun illik gəliri “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldonun qazancına yaxınlaşacaq. Portuqaliyalı hücumçunun hər il təxminən 175 milyon funt sterlinq (200 milyon avro) qazandığı qeyd olunur.
Qeyd edək ki, cari mövsümdə Salah “Liverpul”un heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərqüvvədə qalır.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
