“İmişli”nin baş məşqçisi: “Qarabağ”a qarşı göstərdiyimiz oyundan razı qaldım”
“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 10-cu turunda “Qarabağ”a məğlub olduqları oyunla (0:2) bağlı danışıb.
OlimpSport.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında oyunçularının çıxışından razı olduğunu bildirib:
“Oyunçularımla fəxr edirəm. ‘Qarabağ’ kimi güclü komandaya qarşı taktiki baxımdan yaxşı oynadıq. İlk hissədə hər şey düzgün idi. İki epizodu əldən verdik, amma rəqibin hücumlarını əngəllədik. Qol vurmaq mümkün olmadı. İkinci hissədə ‘Qarabağ’ın yüksək pressinqinə hazır idik, lakin iki qol buraxdıq. Uduzduğumuza görə məyusuq, amma oyunumuzdan razıyıq. Belə rəqibə qarşı oynamaq nailiyyətdir.”
O, Dioqo Almeydadan danışarkən qeyd edib ki, futbolçunu dəyişməməsi taktiki qərarla bağlıdır: "Almeyda əla oyunçudur. Topu irəlidə saxlaya bilir və təhlükəli vəziyyətlər yaradır. Onu meydanda saxlamaq doğru qərar idi.”
Baş məşqçi həmçinin “Qarabağ”ın istirahət etmiş olmasının oyun nəticəsinə təsirini soruşan jurnalistə cavab verib: "Biz kiçik komandayıq, ‘Qarabağ’ böyük klubdur. Rotasiyalarımız onların kimi deyil. Amma birinci hissədə gözəl oynadıq.”
Kaşkilya penaltini Juninyonun yerinə yetirməsini izah edərkən əlavə edib: “Bu, mənim taktiki seçimimdir. Bu oyunçuya özünəinam gətirir.”
O, matçın Qubada deyil, “Azərsun Arena”da keçirilməsini də şərh edib: “Orada oynasaydıq, necə olacağını deyə bilmərəm. Amma səfərdə 4 oyunumuzdan 3-də qalib gəlmişik, güclüyük və azarkeşlərimiz dəstəyini göstərir.”
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
