*“AzMİU III Zəfər İdman Festivalı”: UNEC komandası çempion oldu*

*“AzMİU III Zəfər İdman Festivalı”: UNEC komandası çempion oldu*


Olimpsport.az xəbər verir ki, “AzMİU III Zəfər İdman Festivalı”nın yeddinci günü voleybol üzrə kişilər arasında komandalararası yarışlarla davam edib.
Qadınlar arasında keçirilən mübarizədə üçüncü yeri tutan UNEC tələbələri bu dəfə kişilər arasında keçirilən yarışda üstünlüyü ələ alaraq “Zəfər Kuboku”nun sahibi olublar. Final görüşündə UNEC komandası Bakı Mühəndislik Universitetinin (BMU) komandasını məğlub edərək çempion titulunu qazanıb. Üçüncü yeri isə ev sahibi – Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) komandası tutub.

Yarışın qalib və mükafatçılarına təşkilatçılar tərəfindən diplomlar, medallar, kubok və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “AzMİU III Zəfər İdman Festivalı” bu gün futzal yarışları ilə davam edəcək. Sabah isə Festival “Neftçi” futbol veteranları ilə AzMİU müəllimlər komandasının dostluq görüşü ilə başa çatacaq.