“Yamal zədəsi ilə oynamağa alışmalıdır”
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Yamalın oyun performansından danışıb.
OlimpSport.az xəbər verir ki, baş məşqçi “Elçe”yə qarşı keçirilən La Liqanın 11-ci tur oyunundan (3:1) sonra fikirlərini bölüşüb. Flik bildirib ki, futbolçunun zədəsi hələ tam sağalmayıb:
“Bu zədə daim nəzarətdə saxlanmalıdır. O, çox intizamlıdır, məşqləri və prosedurları düzgün yerinə yetirir. Amma zədə tamam aradan qalxmayıb. Bəzən özünü göstərir, bəzən isə çəkilir. Onun bu vəziyyətlə yaşamağı və onu idarə etməyi öyrənməsi lazımdır”.
Qeyd edək ki, gənc hücumçu sözügedən oyunda komandasının üçüncü qolunun müəllifi olub. Ümumilikdə isə cari mövsümdə bütün turnirlərdə 9 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
