"Oyunumuz formalaşıb, nəticələr də tezliklə gələcək" - Kaxaber Sxadadze
"Futbolçularıma təşəkkür edirəm. Bu gün yaxşı oyun göstərdik. Artıq neçənci oyundur ki, bəxtimiz gətirmir. Bir çox matçlarda belə olub. Əminəm ki, qarşıdakı oyunlarda bəxt də bizim tərəfimizdə olacaq".
OlimpSport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 10-cu turunda bu gün səfərdə "Sabah"a uduzduqları oyundan sonra mətbuat konfansında deyib.
Gürcüstanlı mütəxəssis 0:1 hesablı məğluniyyəti belə şərh edib: "Birinci hissədə yaxşı oyun göstərdik. Standart vəziyyət zamanı buraxdığımız bir səhv qolla nəticələndi. İkinci hissədə futbolçular daha yaxşı xarakter göstərdi. Bəlkə də, bu əzmkarlığı ilk hissənin əvvəllərində etsəydik, nəticə başqa cür ola bilərdi. Əlimizə düşən qol imkanlarından istifadə edə bilmədik. İkinci hissədə bir qədər irəlidə çoxaldıqca rəqibin də əks hücumları oldu. Hansı ki, bu da normal haldır".
Sxadadze qeyd edib ki, nəticə olmasa da, komandasının oyunu var: "Futbolçularıma bir daha təşəkkür edirəm. Əgər oyun olmasa, başqa cür düşünə bilərik. Lakin görürük ki, oyun var. Buna görə də, əminəm ki, nəticə mütləq gələcək. Sonda “Sabah” komandasını qələbə münasibətilə təbrik edirəm”.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
