“AzMİU III Zəfər İdman Festivalı”nın futzal yarışları başa çatıb

Olimpsport.az xəbər verir ki, 8 komanda arasında keçirilən yarışın qalibi “Memarlıq” fakültəsinin tələbələri olub. AzMİU memarları finalda penalti seriyasında 4:3 hesabı ilə “Nəqliyyat” komandasına qalib gəlməklə ikinci dəfə festivalın “Zəfər Kuboku” nu qazanıblar.

Xatırladaq ki, “Memarlıq” komandası “AzMİU III Zəfər İdman Festivalı” çərçivəsində keçirilən 3X3 basketbol (qadınlar) yarışlarının da qalibi olaraq tarixi qələbələrə imza atıblar.

Beləliklə futzal yarışlarının bürünc mükafatçısı “İnşaat” komandası olub.

Qeyd edək ki, oyunları obyektiv idarə etdiklərinə görə AFFA Hakimləri,Hikmət Qafarlı və Ramil Namazov təşkilat komitəsi tərəfindən sertifikatlarla təltif olunublar. Sonda yarışda yer tutmuş komandalar diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlanıblar.