Azərbaycan futbol veteranları ilə AzMİU müəllimləri arasında yoldaşlıq oyunu keçirildi
4 noyabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində "AzMİU III Zəfər İdman Festivalı"nın bağlanış mərasimi keçirilib. Tədbirin xüsusi qonaqları kimi Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçuları, Asim Əliyev,Tərlan Əhmədov, Emin Quliyev, Zaur İsmayılov, Nadir Şükürov, Alim Qurbanov, Xəyal Mustafayev və Əli Abışev universitetə təşrif buyurublar. Onlar AzMİU-nun müəllim və məşqçilərindən ibarət komanda ilə yoldaşlıq oyunu keçiriblər.
Festivalın son günündə əvvəlcə qısa yürüş və musiqili parad təşkil olunub. Daha sonra qonaqlara Universitet adından hədiyyələr təqdim olunub. Dostluq və festival əhval-ruhiyyəsində keçirilən görüş 30 dəqiqə davam edib. Hər iki komanda oyunun əvvəlindən sona qədər fəal və hücum yönümlü oyun sərgiləyib.
Bununla belə, təcrübəli veteranlar öz peşəkarlıqlarını bir daha nümayiş etdiriblər. Məşq vərdişlərini və oyuna olan sevgilərini qoruyub saxladıqlarını göstərən qonaqlar oyunu 5:0 hesabı ilə qələbə ilə başa vurublar.
Buna baxmayaraq, AzMİU müəllim və məşqçiləri də möhkəm mübarizə və əzmkar oyun nümayiş etdiriblər, bir çox epizodlarda rəqibə layiqli müqavimət göstəriblər.
Oyunun sonunda hər iki komanda bir-birini səmimi şəkildə alqışlayaraq, dostluq və qarşılıqlı hörmət ab-havasında meydanı tərk ediblər. Beləliklə, AzMİU III Zəfər İdman Festivalı yüksək əhval-ruhiyyə və idman ruhu ilə yekunlaşıb.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
