“Qarabağ” üçün “Çelsi” ilə heç-heçə qələbə dəyərində olub
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.
OlimpSport.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb.
Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edib. Oyun 2:2 hesabı ilə yekunlaşıb. Bu. Azərbaycan klublarının (hamısında da "Qarabağ"ın) İngiltərə klublarına qarşı 8-ci oyunu və xal qazandığı ilk matç olub.
Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşmışcı. Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzmuşdu.
5 noyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
21:45. "Qarabağ" (Azərbaycan) – "Çelsi" (İngiltərə) 2:2
Qol: Estevao, 17 (0:1), Leandro Andrade, 29 (1:1), Marko Yankoviç, 39 pen. (2:1), Alexandro Qarnaç, 53 (2:2)
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu




Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
