Qurban Qurbanov “Qarabağ”ın möhtəşəm nəticəsi barədə ilk dəfə danışıb
"Bütün azarkeşlərə təşəkkür edirəm. Çox möhtəşəm idilər. Sanki bu gün əsl bayram yaşadılar".
OlimpSport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Çelsi" ilə heç-heçə etdikləri oyundan (2:2) sonra "CBC Sport"a açıqlamasında deyib.
Mütəxəssis komandasının fantastik nəticəsini belə şərh edib: "Bəlkə də böyük futbolda bu günə kimi ən maraqlı, həyəcanlı oyun idi. Futbolçularıma çox təşəkkür edirəm. Sona kimi mübarizə apardılar, ruhdan düşmədilər. Mən onların hansı həyəcanı keçirdiyini çox gözəl anlayırdım. Bütün xalqımızı təbrik edirəm".
Mütəxəssis futbolçusu Kadi Borgesin zədəsinə də toxunub: "Ola bilər ki, zədəsi ciddi olsun. Olmaya da bilər. Çünki ayağında xırda sümük hissəsi ar, çox ağrı verir. Sabah durumu bilinəcək".
O, "Napoli" ilə qarşıdakı matç haqda bunları deyib: "Napoli" haqda tam ətraflı məlumat verə bilməyəcəyəm. Amma "Çelsi" səiyyəsində bir rəqibdir. Dünyaşöhrətli baş məşqçiləri var. İstənilən oyuna çox ciddi yanaşırlar. Hər bir halda qarşıdakı günlərdə daha ətraflı danışmaq olar".
Q.Qurbanov sonda ilk 24-lüyə qalmaq şansları haqda danışıb: "Bu, elə bir turnirdir ki, istənilən nəticə ola bilər. Çox istərdik ki, qarşıdakı matçlarda da yaxşı nəticələr qazanaq. Amma rəqiblər daha ciddi yanaşırlar. Bizim oynayacağımız komandların da 3 xala çox ehtiyacları var. Bəlkə də bizi gözləyirlər ki. turnir cədvəlində mövqelərini düzəltsinlər".
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
