“Reytinqdə ikinci pillədə olan komandaya qarşı oynayacağıq” - Emin Kürdov
Bu gün UEFA Çempionlar Liqasının 1/8 və 1/4 final mərhələlərinin püşkü atılıb. Püşkatmanın nəticələrinə görə, təmsilçimiz “Araz-Naxçıvan” yeni formatda keçirilən turnirin 1/8 final mərhələsində Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq. “Araz-Naxçıvan”ın kapitanı Emin Kürdov sözügedən püşkü dəyərləndirib.
OlimpSport.az-ın məlumatına görə, o, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında komandasının çətinliklərə rəğmən inamla mübarizə aparacağını deyib:
“11 ildən sonra bu mərhələyə vəsiqə qazandıq. Bu dəfə yarış fərqli formatda keçiriləcək. İndi elit-raund deyil, 1/8 final mərhələsi tətbiq olunur. Səbətdə yer alan komandalar arasında zəif iştirakçı yox idi. Ona görə çətin olacağını bilirdik. Ancaq püşk üzümüzə gülsəydi, hazırkı rəqibimizlə müqayisədə nisbətən zəif komanda ilə qarşılaşmaq da mümkün idi. Bu dəfə reytinq cədvəlinin ikinci pilləsində qərarlaşan “Benfika” ilə rəqib olduq. Heyətlərində keyfiyyətli, güclü futzalçılar yer alıb. Buna baxmayaraq, mübarizə aparacağıq. Təəssüf ki, heyətimiz də optimal deyil. Əsas mərhələdən sonra 2 futzalçımız cəzalı duruma düşüb, bir oyunçumuz isə Rumıniyadakı oyunlar zamanı zədələnib. Hazırlaşacağıq, məşqçilər korpusunun da təlimatlarını alacağıq. Evdə oynadığımıza görə, azarkeşlərin arenaya gələcəklərinə, nəticədən asılı olmayaraq komandamıza dəstək olacaqlarına inanırıq. Noyabrın 24-dək vaxtımız var. Oyuna qədər olan müddətdən yaxşı istifadə edəcəyik”.
Qeyd edək ki, komandalar arasında ilk oyun noyabrın 24-də Bakıda, cavab görüşü dekabrın 5-də səfərdə keçiriləcək.
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
