"Sumqayıt" "Qəbələ"ni, "Şamaxı" isə "İmişli"ni məğlub edib.
Bu gün Misli Premyer Liqasında 11-ci tur start götürüb.
OlimpSport.az xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılır.
"Zəfər turu"nun ilk oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə 8-ci yerdəki "İmişli" 9-cu pillədəki "Şamaxı"nın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bununla da "Şamaxı" 8-ci pilləyə yüksəlib, "İmişli" 9-cu yerə enib.
Digər matçda 5-ci sıradakı "Sumqayıt" səfərdə 10-cu yerdəki "Qəbələ" ilə qarşılaşıb. Bu oyunda isə "gənclik şəhəri" təmsilçisi qalib gəlib - 2:0..Nəticədə "Sumqayıt" 3-cü pilləyə yüksəlib.
Turun digər görüşləri 8 və 9 noyabr tarixlərində keçiriləcək.
7 noyabr (cümə)
16:44. “Qəbələ” – “Sumqayıt” - 0:2
Qol: Rüstəm Əhmədzadə, 54, Aeksandr Ramalinqom, 81
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu
13:44. “Şamaxı” – “İmişli” - 1:0
Qol: Karim Rossi, 78
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu
8 noyabr (şənbə)
15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
18:44. “Zirə” – “Turan Tovuz”
9 noyabr (bazar)
15:44. “Kəpəz” – “Sabah”
18:44. “Qarabağ” – “Neftçi”

Bombardirlər:
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Bassala Sambu ("Neftçi") - 4 qol
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
