Superliqada 12-ci turun oyunlarına start verilib
Türkiyə Superliqasında 12-ci tura start verilib.
OlimpSport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Turun açılış matçında “Gənclərbirliyi” öz meydanında “Başakşehir”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
“Gənclərbirliyi” - “Başakşehir” - 2:1
Qollar: Thalisson Kelven, 35 (1:0), Eldor Şomurodov, 46 (1:1), M'Baye Nianq, 53 (2:1)
2 turluq qələbə həsrətinə son qoyan “Gənclərbirliyi” xallarının sayını 11-ə çatdırmaqla turnir cədvəlində 13-cü pilləyə yüksəlib. “Başakşehir” isə 13 xalla 10-cu yerdə qərarlaşıb.
Daha çox xəbər
Ölkə futbolu
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
Ölkə futbolu
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
Ölkə futbolu
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
Ölkə futbolu
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
Xarici futbol
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
Olimpiya Növləri
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
