İki güləşçimiz İslamiadada finala adlayıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları davam edir.
OlimpSport.az xəbər verir ki, bu gün Azərbaycanın iki güləşçisi turnirdə finala vəsiqə qazanıb.
Sərbəst güləşçimiz İslam Bazarqanovun (57 kq) ilk rəqibi Tambi Roland (Kamerun) xalça üzərinə çıxmayıb. O , daha sonra 1/4 finalda Ali Momenijoujadeyə (İran) 4:2, yarımfinalda Said Zazaiyə (Əfqanıstan) 10:0 hesabı ilə qalib gəlib.
Qadın güləşçimiz Ruzanna Məmmədova (62 kq) isə yarımfinalda özbəkistanlı Nigina Sabirovanı (6:0) üstələyib.
Daha çox xəbər
Ölkə futbolu
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
Ölkə futbolu
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
Ölkə futbolu
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
Ölkə futbolu
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
Xarici futbol
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
Olimpiya Növləri
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
