Azərbaycan şahmatçıları dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıblar
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında növbəti oyununu qələbə ilə başa vurub.
OlimpSport.az xəbər verir ki, yığmamız IV turda İspaniya komandası ilə qarşılaşıb və görüşdən 3,5:0,5 hesabı ilə qalib ayrılıb.
Bu nəticə sayəsində Azərbaycan millisi 1/4 finala yüksəlib və bu mərhələdə Gürcüstanla üz-üzə gələcək.
Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış edib. Millinin kapitanı İlahə Qədimovadır.
Qeyd edək ki, dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.
Daha çox xəbər
Ölkə futbolu
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
Ölkə futbolu
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
Ölkə futbolu
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
Ölkə futbolu
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
Xarici futbol
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
Olimpiya Növləri
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
