Daha iki boksçumuz Avropa çempionatında yarımfinal mərhələsinə adlayıb
Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
OlimpSport.az xəbər verir ki, döyüşlərin yekununa əsasən Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala yüksəlib.
Sübhan Mamedov (50 kq) Salvator Attrattivonu (İtaliya) hər 3 raundda məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinalda Luis Runi (İrlandiya) ilə üz-üzə gələcək.
Səbuhi Əlizadə (+90 kq) də 1/4 final döyüşünü xeyrinə bitirib. Gəncə boks məktəbinin yetirməsi İliya Zinkovskiyə (Ukrayna) ikinci raundda tam üstünlüklə qalib gəlib. Boksçumuz finala gedən yolda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək.
Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn idmançılarımızın sayı 3-ə yüksəlib. Daha öncə Tağı Nəsibov (60 kq) da bu hüquqa yiyələnib.
Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri noyabrın 28-də olacaq.
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
