"Sumqayıt"ın məşqçisi: “Oyuna tam diqqət etmişdim, mübahisənin nədən yarandığını görmədim”
"Qələbə qazandığımız üçün şadam. Bu gün komanda əsl xarakter nümayiş etdirdi. Heyətdə itkilərimiz var idi, xüsusilə Rayan Senhacinin yoxluğu hiss olunurdu. "Şamaxı" hesabı açanda işimiz daha da çətinləşdi, çünki bu rəqibə qarşı oynamaq asan deyil. Amma biz bütün çətinliklərə rəğmən qalib gəlməyi bacardıq. Oyunçularımı təbrik edirəm".
OlimpSport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç Misli Premyer Liqasının 13-cü turunun “Sumqayıt”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
"Şamaxı" - "Sumqayıt" görüşünün sonlarında Saşa İliç qırmızı vərəqə aldığı üçün konfransda onun köməkçisi danışıb. Veliçko komandanın aparıcı futbolçusu Höccət Haqverdinin oynamamasını da açıqlayıb:
"Xırda zədəsi var idi. Meydançanın süni olduğu da nəzərə alsaq, riskə getmədik".
O, həmçinin Ayxan Abbasovla Saşa İliç arasında yaşanmış mübahisəyə də toxunub:
"Səmimi deyirəm, heç nədən xəbərim yoxdur. Həmin an bütün diqqətim oyunda idi və futbolçulardan biri ilə danışırdım. Bu səbəbdən epizodun tam olaraq nədən qaynaqlandığını görə bilmədim". (sportal.az)
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
