"Saşa İliç: “Qarışıqlığın səbəbkarı mən oldum, rəqib baş məşqçisindən üzr istəyirəm"
Misli Premyer Liqasının 13-cü turunda "Şamaxı" ilə baş tutan matçda Ayxan Abbasovla yaşadığı gərginliyə görə meydandan qovulan Saşa İliç oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
OlimpSport.az xəbər verir ki, mütəxəssis oyunun kifayət qədər gərgin keçdiyini bildirib:
- Olduqca ağır oyun oldu. "Şamaxı"ya qarşı oynamaq həmişə çətindir, xüsusilə də süni örtüklü meydançada bu, əlavə güc tələb edir. Buna baxmayaraq, istədiyimiz oyunu sərgiləyə bildik. İki baxımlı qol vurduq və qələbəyə görə çox sevincliyik.
Saşa İliç futbolun emosional oyun olduğunu vurğulayaraq rəqib komandanın baş məşqçisinə üzrxahlıq edib:
- Səhv məndədir. Rəqib komandanın baş məşqçisindən üzr istəyirəm. Bu, futboldur, emosiyalar qaçılmazdır, lakin gərək bu hadisə yaşanmazdı. Mən özüm də keçmiş futbolçuyam, meydandakı gərginliyi anlayıram. Etdiyim jest konkret kiməsə ünvanlanmamışdı. Təəssüf ki, belə alındı.
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
