“Mançester Yunayted” səfərdən qələbə ilə döndü
İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Yunayted” səfərdə “Kristal Palas”ın qonağı olub.
OlimpSport.az xəbər verir ki, gərgin keçən qarşılaşma "qırmızı şeytanlar"ın 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 36-cı dəqiqədə penaltidən meydan sahiblərinin hücumçusu Jan-Filip Mateta açıb. Lakin 54-cü dəqiqədə Yoşua Zirkzee tarazlığı bərpa edib. Bundan 9 dəqiqə sonra Meyson Maunt fərqlənərək komandasına qələbə qazandırıb. "Mançester Yunayted"in hər iki qolunda məhsuldar ötürməni isə Bruno Fernandeş edib.
Bu qələbə ilə 3 oyunluq qələbəsizlik seriyasına son qoyan və xallarını 21-ə çatdıran "Mançester Yunayted" turnir cədvəlində 6-cı pilləyə yüksəlib. "Kristal Palas" isə 20 xalla 7-ci sırada qərarlaşıb.
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
