“Sumqayıt” “Şamaxı”nı, “Qəbələ” isə “Araz-Naxçıvan”ı məğlub etdi
Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulub.
OlimpSport.az xəbər verir ki, son oyun günündə iki görüş nəzərdə tutulub.
Əvəlcə "Şamaxı" "Sumqayıt"ı qəbul edib. Qarşılaşma "Sumqayıt"ın qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədə keçirilən matçında qalib müəyyənləşməyib - 1:1.
Günün və turun son matçı Qəbələdə həyata keçirilib. Şəhərin eyni adlı komandası "Araz-Naxçıvan"ı doğma meydanda 2:1 hesabı ilə məğlub edib. Komandaların 1-ci dövrədəki matçında "Araz-Naxçıvan" 2:1 hesabı ilə qalib gəlib.
30 noyabr (bazar)
Misli Premyer Liqası, 13-cü tur
16:30.“Qəbələ” – “Araz-Naxçıvan” - 2:1
Qol: Prins Ovusu,15 (1:0), Bəxtiyar Həsənalızadə, 34 (1:1), Adriel Ba Loua, 59 (2:1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Qəbələ şəhər stadionu
14:00.“Şamaxı” – “Sumqayıt” - 1:2
Qollar: Karim Rossi, 70 (1:0), Aleksa Yankoviç, 88 (1:1), Aleksandr Ramalinqom , 90+1 (1:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Şamaxı şəhər stadionu
28 noyabr (cümə)
“Turan Tovuz” - “Neftçi” - 0:0
“Kəpəz” - “Zirə” 0:2
29 noyabr (şənbə)
“Qarabağ” - “Karvan-Yevlax” - 2:0
“İmişli” - “Sabah” - 0:3

Bombardirlər:
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Coy-Lens Mikels (“Sabah”) - 6 qol
Toral Bayramov (“Qarabağ”) - 5 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 4 qol
Velko Simiç (“Sabah”) - 4 qol
Abdullah Zubir (“Qarabağ”) - 4 qol
Bassala Sambu (“Neftçi”) - 4 qol
Emin Mahmudov (“Neftçi”) - 4 qol
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
