Millimizin baş məşqçisi Banqladeşlə qarşılaşma barədə fikirlərini bölüşdü
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov "FIFA Tri Nations Womens Football Series 2025" turnirində Banqladeş yığması ilə keçiriləcək oyunöncəsi fikirlərini bildirib.
OlimpSport.az AFFA-nın mətbuat xəbər verir ki, o, yerli mətbuata açıqlamasında deyib:
“Banqladeşdə olmaqdan çox məmnunuq. Sabahkı rəqibimizin Malayziya ilə ilk oyununu izləmişdik. Fikrimcə, Banqladeş yığması daha yaxşı çıxış etmişdi. Əllərinə düşən şansları dəyərləndirə bilsəydilər, ən azı heç-heçə edərdilər. Banqladeşlə Malayziya komandalarının oyun planı, demək olar ki, eynidir. Banqladeş millisinin üstün və zəif cəhətlərini bilirik. Hücum xəttində sürətli futbolçuları var. Bizimlə matçda sürətli əks-hücumlara üstünlük vermələrini gözləyirik. Bizə bu yolla problem yaratmağa çalışacaqlar. Ümid edirəm ki, hər iki komanda matçı izləməyə gələn azarkeşlərə baxımlı oyun nümayiş etdirə biləcək”.
Qeyd edək ki, millinin Banqladeşlə matçı sabah keçiriləcək. Azərbaycan millisi ilk görüşdə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
