Salah Afrika Millətlər Kubokunda çıxış edəcək – “Liverpul” ciddi itki ilə üzləşir
“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah Afrika Millətlər Kuboku üçün Misir yığmasına dəvət alıb.
OlimpSport.az xəbər verir ki, 33 yaşlı Misirin millinin açıqlanan ilkin heyətində yer alıb. Yarış 21 dekabr–18 yanvar tarixlərində keçiriləcək. Ancaq Salahın İngiltərə klubundan daha tez ayrılacağı gözlənilir. Bildirilir ki, FİFA futbolçuların turnirdən 2 həftə əvvəl milli komandaların düşərgəsinə qoşulmasını tələb edə bilər.
Misir yığması 14 dekabrda Nigeriya ilə yoldaşlıq oyunu keçirəcək, 3 gün sonra isə yekun hazırlıq üçün Mərakeşə yollanacaq. Buna baxmayaraq, “Liverpul” Salahı ən azı 13 dekabrda “Brighton”la matça qədər saxlamağa ümid edir.
Salahın “Tottenhem”, “Vulverhempton” və “Lids”lə oyunları dəqiq buraxacağı bildirilib. Onun digər görüşlərdə iştirakı isə Misirin turnirdə nə qədər irəliləyəcəyindən asılı olacaq.
Ümumilikdə forvard 8 oyunu buraxa bilər. Bunlar “İnter” (9 dekabr), “Brighton” (13 dekabr), “Tottenhem” (20 dekabr), “Vulverhempton” (27 dekabr), “Lids” (1 yanvar), “Fulhem” (4 yanvar), “Arsenal” (8 yanvar) və “Bernli” (17 yanvar) ilə görüşlərdir.
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
