İbrahimoviç Olimpiadanın məşəlini daşıyanlar sırasında yer aldı
“Milan”, “Yuventus” və “İnter”in sabiq futbolçusu Zlatan İbrahimoviç 2026-cı il Qış Olimpiya Oyunlarının məşəldarlarından biri seçilib.
OlimpSport.az xəbər verir ki, bu barədə Olimpiadanın rəsmi sosial media hesablarında məlumat yayılıb. İsveçli veteran hücumçu hazırda İtaliyada yaşayır və “Milan” klubunun strukturunda çalışır. İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları isə bundan yararlanaraq İbrahimoviçi məşəldar kimi görmək istəyiblər.
Məşəl daşıyıcıları sırasında daha bir tanınmış futbolçu – hazırda “Komо”nun qadın komandasında çıxış edən Alişa Leman da yer alıb.
Xatırladaq ki, 2026-cı il Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində Milan və Kortina-d’Ampezzoda keçiriləcək.
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
