Azarkeş hücumundan sonra komandalar oyunu davam etdirməkdən imtina edir
“Nitsa” azarkeşlərinin klubun bazasına hücumu futbolçuların ciddi qərarlar verməsinə səbəb olub.
OlimpSport.az xəbər verir ki, bu haqda "RMC Sport" məlumat yayıb.
Fransa təmsilçisinin futbolçuları Jeremi Boqa və Terem Moffi artıq komandada çıxış etmək istəmirlər.
“Loryan”a 1:3 hesabı ilə uduzulan matçdan sonra təxminən 400 azarkeş klubun bazasına gələrək əvvəlcə baş məşqçi Frank Esə “İstefa” şüarları səsləndirib. Daha sonra isə fanatlar futbolçulara həm sözlü, həm də fiziki hücum ediblər.
Xüsusilə Moffi və Boqa daha çox zərər görüb. Fanatlar onlara təpik və sillə vurublar. Nigeriya və Fil Dişi Sahilindən olan hücumçuların irqçi təhqirlərə də məruz qaldığı bildirilib.
Baş verən insidentdən sonra hər iki futbolçu “Nitsa” üçün oynamağı davam etdirmək istəmir.
Qeyd edək ki, Moffi 2022/23 mövsümündən, Boqa isə 2023-cü ilin yayından “Nitsa”nın formasını geyinir.
Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
