“Real”ın futbolçusu bir daha zədələnərək heyətdən kənarda qaldı
“Real”ın müdafiəçisi Ferlan Mendi yenidən sıradan çıxıb.
OlimpSport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, 30 yaşlı futbolçunun sağ ayağının bud əzələsində zədə aşkarlanıb. “Kral klubu” bərpa müddətini dəqiq açıqlamasa da, İspaniya mətbuatı fransalı müdafiəçinin təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı barədə məlumat paylaşıb.
Qeyd edək ki, bu mövsümün əvvəlində (avqust-oktyabr aylarında) də zədə səbəbindən oynamayan Mendi cari mövsümdə cəmi 1 oyunda (Çempionlar Liqası) meydana çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Daha çox xəbər
Ölkə futbolu
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
Ölkə futbolu
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
Ölkə futbolu
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
Ölkə futbolu
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
Xarici futbol
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
Olimpiya Növləri
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
