Balakişi Qasımov federasiya prezidentliyi postuna yenidən seçildi
Dekabrın 5-də Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) ümumi yığıncağı keçirilib.
OlimpSport.az xəbər verir ki, bu barədə federasiyanın yaydığı açıqlamada bildirilir.
Tədbirdə 61 yaşında dünyasını dəyişən AQF-nin mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Federasiyanın baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində federasiyanın fəaliyyəti barədə məlumat verib.
Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.
Sonda Balakişi Qasımov çıxış edərək göstərilən etimada görə təşəkkür edib.
Daha çox xəbər
21-01-2026
“Qarabağ”ın “Ayntraxt”la oyun ərəfəsində keçirdiyi son məşqdən görüntülər – Şəkillər
