Buskets və Alba son dəfə meydana çıxıblar

"İnter Mayami"nin futbolçuları Jordi Alba və Serxio Buskets futbolçu karyeralarını başa vurub.

OlimpSport.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvləri  "İnter Mayami"nin heyətində son oyunlarını MLS-in pley-offunun final görüşündə "Vankuver"ə (3:1) qarşı keçiriblər.

 "İnter Mayami" bu oyunda qalib gələrək ilk dəfə MLS-in çempionu olub.

Qeyd edək ki, 37 yaşlı Buskets 2008-2023-cü illərdə "Barselona"da oynayıb və 2023-cü ildən "İnter Mayami"də çıxış edirdi. 36 yaşlı Alba isə "Valensiya", "Ximnastik" və "Barselona"nın üzvü olub. O, 2023-cü ildə ABŞ klubuna keçmişdi. 

Xatırladaq ki, "İnter Mayami"də "Barselona"nın daha iki sabiq futbolçusu - Lionel Messi və Luis Suares də çıxış edir.