“Qarabağ”la oyunu buraxa biləcəkləri bildirilir
“Ayaks”ın futbolçuları Kennet Teylor və Vaut Veqhorst UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ”la Bakıdakı oyunu buraxa bilərlər.
OlimpSport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fred Qrim öz açıqlamasında bildirib. O, 23 yaşlı yarımmüdafiəçi Teylorun meydana çıxıb-çıxmamağının həkimlərin qərarından asılı olacağını bildirib.
“Ayaks”ın aparıcı hücumçusu Vaut Veqhorst da zədəlidir. 33 yaşlı forvardın da Ağdam təmsilçisinə qarşı oynamağı sual altındadır.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.
Daha çox xəbər
Ölkə futbolu
21-01-2026
“Qarabağ”ın “Ayntraxt”la oyun ərəfəsində keçirdiyi son məşqdən görüntülər – Şəkillər
