“Qarabağ” – “Ayaks” qarşılaşması üçün bilet satışının nəticələri açıqlanıb — matça indiyədək 27 650 biletin satıldığı bildirilib.
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Ayaks"la oyunu üçün satılan bilet sayını açıqlayıb.
OlimpSport.az xəbər verir ki, artıq matça 27 min 650 ədəd bilet satılıb.
Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.
Xatırladaq ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
Daha çox xəbər
Ölkə futbolu
21-01-2026
“Qarabağ”ın “Ayntraxt”la oyun ərəfəsində keçirdiyi son məşqdən görüntülər – Şəkillər
