“Fənərbaxça” Genduzinin transferini rəsmən açıqladı
"Fənərbaxça" "Latsio"nun futbolçusu Matteo Genduzinin transferi ilə bağlı rəsmi açıqlama yayıb.
OlimpSport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü trasnfer danışıqlarını yekunlaşdırmaq və tibbi müayinədən artıq İstanbula yollanıb.
Tanınmış insayder Fabritsio Romanoun məlumatına görə, bu transfer üçün "Fənərbaxça" Roma təmsilçisinə 29 milyon avro ödəyəcək.
26 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqust ayından “Latsio”nun formasını geyinirdi. O, bu mövsüm "Latsio"da 16 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.
Daha çox xəbər
Ölkə futbolu
21-01-2026
“Qarabağ”ın “Ayntraxt”la oyun ərəfəsində keçirdiyi son məşqdən görüntülər – Şəkillər
