Premyer Liqada ilin ən yaxşı məşqçisinin adına aydınlıq gələcək
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.
OlimpSport.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, fəxri ad uğrunda 4 mütəxəssis mübarizə aparacaq.
Məlumata görə, namizədlər və onların dekabr ayı ərzindəki göstəriciləri aşağıdakı kimidir:
- Mikel Arteta ("Arsenal") - 6 oyun, 5 qələbə, 1 məğlubiyyət;
- Xosep Qvardiola ("Mançester Siti") - 5 oyun, 5 qələbə;
- Unai Emeri ("Aston Villa") - 6 oyun, 5 qələbə, 1 məğlubiyyət;
- Daniel Farke ("Lids") - 5 oyun, 2 qələbə, 3 heç-heçə.
Qalib azarkeşlər və ekspertlər arasında keçirilən səsvermənin yekununa əsasən elan ediləcək.
Xatırladaq ki, noyabr ayında bu mükafata dekabrda "Çelsi"dən ayrılan Enzo Mareska layiq görülmüşdü.
Daha çox xəbər
Ölkə futbolu
21-01-2026
“Qarabağ”ın “Ayntraxt”la oyun ərəfəsində keçirdiyi son məşqdən görüntülər – Şəkillər
