Cəbrayıl Həsənov erməni güləşçisini 51 saniyəyə üstələyib, Rio oyunlarına vəsiqə qazandı!

 

Serbiyanın Zrenyanin şəhərində güləşçilərin Rio-2016-ya vəsiqə verən Avropa təsnifat turniri davam edir.

Olimpsport.az saytı xəbər verir ki, 74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov ardıcıl olaraq, Aleksandru Burca (Moldova), Kristian Brzozovskini (Polşa) tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz, turnirin finalına yüksəlib və Rio olimpiadasına vəsiqəni təmin edib.