Azərbaycanda tanınmış idmançı həbs edildi
Azərbaycanda tanınmış idmançı həbs edilib. Olimpsport.az saytı xəbər verir ki, K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq” Rövşən Heybətov saxlanılıb.
Bu barədə Lent.az-a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur.
Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ceyhun Yusifov Lent.az- a açıqlamasında bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.