Dünya şahmat tacının qalibi müəyyənləşdi

Dünya şahmat tacı uğrunda görüşün qalibi müəyyənləşib. Olimpsport.az xəbər verir ki, Norveç qrossmeysteri Maqnus Karlsen Sergey Karyakinlə (Rusiya) mübarizədən qalib ayrılıb.

 

Nyu-Yorkda keçirilən görüşün əsas oyunlarında bərabərlik qeydə alınıb. Qrossmeysterlər 12 oyunun hərəsində 1 dəfə qələbə qazanıb, digərlərində “sülh” bağlayıb – 6:6.

 

Bu səbəbdən də şahmatçılar mübarizəni rapid matçlarda davam etdiriblər. Sürətli oyunlarda 3:1 hesabı ilə qələbə qazanan Karlsen 2013-cü ildən yiyələndiyi titulu özündə saxlayıb.