Türkiyədə Azərbaycan derbisi
Qadınlar arasında voleybol üzrə Türkiyə çempionatında XIV turun oyunları davam edir. Olimpsport.az xəbər verir ki, hesabat turunda Azərbaycan derbisi baş tutub.
Belə ki, milli komandamızın üzvləri Kseniya Poznyakın çıxış etdiyi “Beşiktaş” Yana Kulanın formasını geyindiyi “Çanakkale Bələdiyyə” ilə üz-üzə gəlib. Görüş ikincilərin 3:1 (19-25, 25-20, 25-18, 25-20) hesablı qələbəsi ilə başa çatıb.
Məğlub olan “Beşiktaş” kimi Poznyak da bu görüşdə zəif təsiz bağışlayıb. O, cəmi 1 xal toplayıb.
Qalib komandanın oyunçusu Yana isə matçı 14 xalla başa vurub.
Qeyd edək ki, 14 oyundan sonra hesabında 27 xal olan “Çanakkale Bld.” turnir cədvəlinin 5-ci, 19 xallı “Beşiktaş” isə 7-ci pilləsində qərarlaşıb.
mənbə:apasport.az