Azərbaycan çempionatının təqvimi dəyişdirildi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimində dəyişiklik edilib. Olimpsport.az xəbər verir ki, bu dəyişiklik fevralın 26-da Xocalı Soyqırımının ildönümü ilə əlaqədardı.
Belə ki, çempionatımızda çıxış edən Gürcüstan millisi fevralın 24-27-də paytaxtımızda olacaq. Onlar hər səfərdə olduğu kimi bu dəfə də 4 turda meydana çıxacaqlar. Lakin hər şey qonaqların istədiyi kimi alınmayacaq. Super Liqanın autsayderinin fevralın 26-da oynamaq istəyi təxirə salınıb. Bu səbəbdən də gürcülər 25-də 2 matça çıxacaqlar. Həmçinin bəzi matçların yerləri də dəyişdirilib.
Gürcüstan millisinin 4 oyununun təqvimi belədi:
24 fevral
17:00. “Azəryol” – Gürcüstan
“Azərreyl” Voleybol Mərkəzi
25 fevral
17:00. “Azərreyl” – Gürcüstan
“Azərreyl” Voleybol Mərkəzi
17:00. “Telekom” – Gürcüstan
“Gənclik” Olimpiya Kompleksi
27 fevral
12:00. “Lokomotiv” – Gürcüstan
“Azərreyl” Voleybol Mərkəzi