Azərbaycan çempionu Naxçıvanda müəyyənləşəcək
Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək dəstəsinin pley-off mərhələsinin son dövrəsinin təqvimi dəqiqləşib. Olimpsport.az xəbər verir ki, ölkə çempionunun adına martın 30-da Naxçıvanda aydınlıq gələcək.
Belə ki, ikinci mərhələnin oyunları martın 28-də Naxçıvanda başlayacaq. 3 gün sonra isə VI turla yarışa yekun vurulacaq.
Martın 30-da saat 19:30-da isə çempionatın bağlanış mərasimi nəzərdə tutulub.
Yüksək dəstə
II dövrənin təqvimi
28 mart
15:00. MOİK - “Neftçi”
17:30. “Naxçıvan” - “Lokomotiv”
29 mart
15:00. “Neftçi” - “Lokomotiv”
17:30. MOİK - “Naxçıvan”
30 mart
15:00. “Lokomotiv” - MOİK
17:30. “Naxçıvan” - “Neftçi”
Qeyd edək ki, ilk 3 turdan sonra “Lokomotiv” 9 xalla birincidi. “Neftçi”nin 6, “Naxçıvan”ın 3 xalı var. MOİK isə 3 qarşılaşmada cəmi 1 set qazanıb.