Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə kikboksinq turniri keçirilib
Aprel ayının 12-də Qusar Olimpiya Kompleksində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Qurbanovun əziz xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arası turnir keçirilib. Turnirin keçirilməsində əsas məqsəd bütün şəhidlərimizi yad etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək,həmçinin vaxtilə kikboksinq ailəsinin üzvü olmuş şəhid Çingiz Qurbanovun adını bir daha yaşatmaq olub. Yarışdan öncə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev başda olmaqla yanaşı bir sıra görkəmli şəxslər şəhid Çingiz Qurbanovun məzarını və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri də yarışa fəxri qonaq kimi dəvət edilib. Turnirin açılış mərasimində nitqlər söylənilib və bəzi federasiya nümayəndələri federasiya tərəfindən təltif edilib. Yarışın sonunda ziyafət təşkil edilmişdir.
Qeyd edək ki, paytaxtdan Qusara yarışa gəlib və geri dönmək istəyən vətəndaşlar üçün Azərbaycan Kikboksinq Federasiyası tərəfindən təşkil olunmuş xüsusi nəqliyyat vasitələri xidmət göstərib. Ümumiyyətlə bugün qeyri Olimpiya növlərində Azərbaycan Kikboksinq Federasiyası fəallığı ilə seçilir. Bu da təsadüf deyil. Çünkü federasiya prezidenti özü peşəkar idmançı olub. Adil müəllim uzun müddət cüdo və kikboksinqlə məşğul olub. İndi də məşqlərinə ara vermir.Veteranlar arası son dünya çempionu millət vəkili kimi də öz işinin öhdəsindən layiqincə gələn Adil müəllim idmanın təəsübkeşliyini çəkən bir oğul kimi daima idmançılarla birgə idman meydanlarındadır.
YORULMAYASIZ ADİL MÜƏLLİM!