Azərbaycan komandası indiyədək İslamiadada 22 medala sahib olub
2017.05.13 22:52
Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.
“Olimpnews.az” xəbər verir ki, Azərbaycan komandası Bakı- 2017 IV İslam Həmrəyliyi Oyunlarında indiyə kimi 22 medal qazanıblar ki, onun 10-u qızıldır.
IV İslam Həmrəyliyi Oyunlarının proqramında ilk dəfədir ki, nümayiş etdirilən gimnastika idman növündə qızıl medal alıblar. Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova komanda hesabında 128.200 xal toplayaraq ilk pilləyə yüksəlməyi bacarıblar.
Gümüş medalı 123.850 xalla Özbəkistan yığması, bürünc medalı isə 101.605 xal toplayaraq Türkiyə komandası əldə edib.
Qeyd edək ki, Marina Durunda və Jalə Piriyeva hər 4 alətlə hərəkətlərdə final mərhələsinə vəsiqə qazanıblar.
Paracüdo yarışının finalında qalib gələn Afaq Sultanova (57 kq) Azərbaycana doqquzuncu qızıl medalı qazandırıb.
Cüdoçumuz Hidayət Heydərov (73 kq) da İslamiadanın çempionu adını qazanıb. Final yarışlarında onun rəqibi həmyerlimiz Rüstəm Orucov olub.