Güləş yarışlarına mayın 17-də start veriləcək
2017.05.13 23:14
Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.
“Olimpsport.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları mayın 17-21 may tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.
Yarışların ilk dörd günündə sərbəst və yunan-Roma güləşçiləri medullar uğrunda mübarizə aparacaqlar.
Sərbəst güləş yarışlarında yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yarışlarda ölkəmizi təmsil edəcək.
Yunan-Roma güləşi yarışlarında yığma komandanın baş məşqçisi Şaban Donat, böyük məşqçi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.