Gimnastikada daha bir qızıl medal qazandıq
2017.05.14 11:54
Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.
"Olimpsport.az"ın məlumatına görə, Azərbaycanın qadın idman gimnastları komanda hesabında birinci yeri tutublar.
Türkiyə ikinci, İndoneziya) isə üçüncü yerdə qərarlaşıb.
İdman gimnastikasında ölkəmizi Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova təmsil edirlər.
Kişilərin yarışında isə Murad Ağarzayev, Timur Bayramov və Bense Talas qüvvəsini sınayıb. Yığmamız komanda hesabında 2-ci yeri tutub.
Beləliklə, idman gimnastikasında qadınlar qızıl, kişilər isə gümüş medal qazanıblar.