Karateçilərimiz Bakı-2017 Oyunlarını 10 medalla başa vurdular

 

2017.05.15   09:23

 

Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.

"Olimpsport.az” saytı xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən karate yarışlarına yekun vurulub.

İkinci yarış günündə karatenin kumite və kata növlərində Azərbaycanın 6 idmançısı (3 qadın, 3 kişi) medallar uğrunda mübarizə aparıb. Təmsilçilərimiz uğurla yarışaraq 5 medala sahib çıxıblar.

Karateçilərimizdən İrina Zaretska (-68 kq), Ayxan Mamayev (-84 kq) kumite yarışlarının qızıl medalına layiq görülüb. Fəridə Əliyeva (+68 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) isə bürünc medala sahib çıxıb. daha bir qızıl medalı isə komandamıza kata yarışlarında çıxış edən Roman Heydərov qazandırıb.

Qeyd edək ki, karate yarışlarının birinci günündə təmsilçilərimizdən Rafael Ağayev (75 kq) kişilərin, Fəridə Abıyeva (61 kq) qadınların yarışında bütün rəqiblərinə qalib gələrək Bakı-2017-nin qalibi adına yiyələnmişdilər. Digər xanım idmançımız İlahə Qasımova (55 kq) gümüş, Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) isə IV İslam Həmrəyliyi Oyunlarında bürünc medalına sahib çıxmışdılar.


Beləliklə, karateçilərimiz IV İslam Həmrəyliyi Oyunlarını ümumilikdə 10 -5 qızıl, 2 gümüş və 3 bürünc melalla başa vurublar.