Bu gün 4 çəkidə qalib güləşçilər müəyyənləşəcək
2017.05.18 11:18
Ölkəmizdə IV İslam Oyunları keçirilir.
“Olimpsport.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparırlar.
Güləş yarışlarının ilk günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala sahib olublar.
İkinci yarış günündə 66 kq, 75 kq, 85 kq və 130 kq çəkidə qaliblərin adına aydınlıq gələcək.
66 kq
1/4 final - M.Zeidvand (İRİ) - Kamran Məmmədov
75 kq
1/4 final - Elvin Mürsəliyev - R.Garmsiri (İRİ)
85 kq
1/4 final - Fallahhamidabadi (İRİ) - İslam Abbasov
130 kq
1/4 final - Sabah Şəriəti - M.A. Xan (PAK)
Yarışlara saat 10:00-da start verilib. Final görüşləri 18:00-da başlayacaq.