Yarışların 2-ci günündə 3 güləşçimiz finala vəsiqə qazanıb
2017.05.18 12:03
Kamran Məmmədov isə bürünc medal uğrunda yarışacaq
Ölkəmizdə IV İslam Oyunları keçirilir.
“Olimpsport.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparırlar.
Güləş yarışlarının ilk günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala sahib olublar.
İkinci yarış günündə 66 kq, 75 kq, 85 kq və 130 kq çəkidə pəhləvanlar mübarizə aparırlar.
66 kq çəki dərəcəsində mübarizə aparan Kamran Məmmədovun rəqibi Qığızstan təmsilçisi olacaq.
Qızıl medal uğrunda Elvin Mürsəliyev (75 kq) türkiyəli Furkan Bayraqla yarışacaq.
İslam Abbasovun (85 kq) da finalda rəqibi Türkiyə təmsilçisi olacaq. O, qızıl medal uğrunda Çengiz Aslanla döşək üzərinə çıxacaq.
IV İslam Oyunlarında ölkəmizi 130 kq çəki dərəcəsində təmsil edən Sabah Şəriəti bürünc medal uğrunda güləşəcək.
Final görüşləri 18:00-da başlayacaq.