İslamiadada qadınların güləş yarışı başa çatmamış qızıl medalın sahibi bəlli olub
2017.05.21
Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir.
“Olimpsport.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.
Güləş yarışlarının son günündə 8 çəki dərəcəsində qadın güləşçilər mübarizə aparırlar.
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınların güləş yarışında vaxtından əvvəl qızıl medalın sahibi bəlli olub. Qızıl medalı 53 kq da qadın güləşi üzrə mübarizə aparan yığmamızın üzvü Leyla Qurbanova qazanıb.
Belə ki, Leyla Qurbanovanın çəkisində cəmi 3 idmançı olduğundan qaliblər vaxtından əvvəl müəyyən olunub. Dairəvi sistem üzrə mübarizə aparan təmsilçimiz Kazaxıstan və Türkiyə idmançılarına qalib gələrək İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.