Ramil Quliyev Avropada ayın atleti mükafatına layiq görülüb

Hazırda Türkiyə millisini təmsil edən azərbaycanlı Ramil Quliyev Avropada ayın atleti mükafatına layiq görülüb. 

Bu, Avropa Atletika İttifaqının internet saytında keçirilən sorğu nəticəsində müəyyənləşib.

Səsvermənin yekununda 27 yaşlı sprinter avqustun ən yaxşı atleti sayılıb.

Qeyd edək ki, Ramil Quliyev ötən ay Böyük Britaniyanın paytaxtı Londondakı dünya çempionatında 200 metr məsafəyə qaçışda Türkiyəyə kişilər arasında ilk qızıl medalı qazandıraraq tarixə düşüb. O, İngiltərənin Birmingem şəhərində təşkil olunmuş Brilliant Liqada da eyni məsafəyə qaçışda qızıl, Almaniyanın paytaxtı Berlindəki İSTAF Oyunlarında isə 100 metr məsafəyə qaçışda gümüş medala yiyələnib.