Robert Prosineçki: "Pis atmosferdə nəticə qazanmaq da mümkünsüzdü"
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.
Xorvatiyalı mütəxəssis ölkəsinin milli komandasının son çıxışlarından danışıb.
Prosineçki yığmanın DÇ-2018-in seçmə mərhələsində Türkiyə yığmasına uduzmasını qəbul etmədiyini bildirib: “Xorvatiya futbolunda tənzimləmə yoxdur. Buna görə də qeyri-sabitlik davam edir. Bilirsiz, atmosfer yaxşı deyil. Elə pis atmosferdə nəticə qazanmaq da mümkünsüzdü. Kimsə komandanın uğurlarından danışa bilər. Amma bu daimi deyil. Məhz problem də bununla bağlıdır. Türkiyəyə son məğlubiyyət gözlənilməz idi”.